MSK növbədənkənar parlament seçkilərinə start verir

MSK növbədənkənar parlament seçkilərinə start verir
29.06.2024 16:22
Aa
dəq

İyunun 29-da Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənəcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq. Eyni zamanda, iclasda imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyənləşdirilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olunacaq.

Bununla da MSK parlament seçkilərinə rəsmən start verir.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə olunması barədə qərar qəbul edilib.

Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə əlaqədar Azərbaycan Prezidentinə müraciət ediblər.

İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar verilib.

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib və VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Həftənin ən çox oxunanları

Azərbaycan Polisi 106 yaşında - VİDEO

Azərbaycan Polisi 106 yaşında - VİDEO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılıb

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar bir sıra müzakirələr aparıb, layihələrin mübadiləsi həyata keçirilib

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar bir sıra müzakirələr aparıb, layihələrin mübadiləsi həyata keçirilib
DAVAMIN OXU davamın oxu

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır
DAVAMIN OXU davamın oxu