MSK ilk dəfə Ekspert qruplarının üzvləri üçün yaddaş kitabçası hazırlayıb

MSK ilk dəfə Ekspert qruplarının üzvləri üçün yaddaş kitabçası hazırlayıb
25.12.2023 16:29
Aa
dəq

Mərkəzi Seçki Komissiyası ilk dəfə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, layihə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsi üçün reallaşdırılıb.

Nəşrdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Ekspert qruplarının üzvlərinə müraciəti yer alıb. Sədr müraciətində ilk dəfə seçkilərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirildiyini vurğulayır. O, həmçinin Ekspert qrupu üzvlərinin vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında böyük məsuliyyət daşıdığını xatırladır və onların seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərinin öhdəsindən peşəkarlıqla və layiqincə gələcəyinə inandığını bildirərək, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır.

Kitabçada seçki hüququ ilə bağlı müraciətlərə baxılması, şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəy və qərar layihəsinin hazırlanması prosedurları müfəssəl izah olunub.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanıb.

“Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.

Həftənin ən çox oxunanları

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
DAVAMIN OXU davamın oxu