Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fələstin-İsrail münaqişəsinin gərginləşməsini “bölgə üçün çox böyük təhlükə” adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, Peskov Rusiyanın vəziyyətdən narahat olduğunu qeyd edib.
"Biz son dərəcə narahatıq. Biz hesab edirik ki, bu vəziyyəti mümkün qədər tez sülh yolu ilə həll etmək lazımdır.
Kreml sözçüsü bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələlik İsrail və Fələstinin ali rəhbərliyi ilə əlaqə saxlamağı planlaşdırmır.