"Qalatasaray"da icarə əsasında çıxış edən mərkəz hücumçusu Alvaro Morata İtaliyaya qayıda bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı ispaniyalı bu ilin fevralında "Milan"dan Türkiyə komandasına icarəyə verilmişdi.
Tərəflər arasında müqavilə 2026-cı ilin yanvar ayına qədər qüvvədədir.
=Morata cari mövsüm başa çatdıqdan sonra Milana qayıda bilər.
Daha əvvəl hücumçunun xidmətində İspaniyanın "Xetafe" klubunun maraqlı olduğu bildirilirdi.
Türkiyədə Morata bütün turnirlərdə 10 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.