Operativ Məlumat Mərkəzi

Moldovada NATO hərbçilərinin təlimləri başlayıb

2 dəq
Paylaş:
Moldovada NATO hərbçilərinin təlimləri başlayıb
bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Moldovanın təlim mərkəzlərindəki poliqonlarda Böyük...

Moldovada NATO alyansına üzv ölkələrin xüsusi təyinatlı bölmələrinin təlimləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Moldovanın təlim mərkəzlərindəki poliqonlarda Böyük Britaniya, Moldova, Rumıniya və ABŞ ordularının xüsusi təyinatlı bölmələrinin birgə hərbi təlimləri keçirilir və bu təlimlər 7 aprelədək davam edəcək.

“Hərbçilər atıcılıq, paraşütlə tullanma, eləcə də səhra manevrləri üzrə təlimlər həyata keçirəcək”, - Nazirlik bildirib.

Həmçinin əlavə olunub ki, hərbi texnikanın Moldova avtomobil yollarında hərəkəti ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edilib.

Qeyd edək ki, Moldovada NATO ilə əlaqələndirmə ofisi fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər