Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb. Qurum iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə dair niyyətini ifadə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Moldova XİN-in “X” sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirilən təbrikdə deyilir:
“Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və konstruktiv dialoqu yüksək qiymətləndirir, həmçinin siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə ümid edir”.