Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

2 dəq
Paylaş:
Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

Genişzolaqlı və şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “” iyul ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, yeni hesabata görə, Azərbaycanda genişzolaqlı internetin 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s (11,35 faiz), mobil internetin sürəti isə 24,96 Mb/s (33,47 faiz) artıb.

İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyulda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub. İllik müqayisədə paytaxtda sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s (11,13 faiz), mobil internetin sürəti isə 29,36 Mb/s (31,85 faiz) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə