“Təhsil haqqında” qanuna “ixtisas təcrübəsi” anlayaşı gətirilməlidir”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, müəllim işləmək sayı çox olsa da, vakant yerlərin sayı azdır:
“Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı həmişə az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə işləmək arzusu çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanların vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”.