Operativ Məlumat Mərkəzi

Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

1 dəq
Paylaş:
Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir
bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib. A.Mirzoyan...

Ermənistan Azərbaycanla danışıqlar yolu ilə sülh sazişinin imzalanmasını vacib sayır.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib.

A.Mirzoyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsi, o cümlədən qonşularla münasibətlərin nizamlanması ilə bağlı baxışını təqdim edib.

O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla sərhədin demarkasiyası prosesinin davamlılığının təmin edilməsinin, həmçinin regional rabitə marşrutlarının açılmasının vacibliyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər