Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu, qlobal faiz dərəcələrini uzun müddət yüksək saxlayacaq

2 dəq
Paylaş:
Bu, qlobal faiz dərəcələrini uzun müddət yüksək saxlayacaq

ABŞ və İsrailin İrana qarşı müharibəsinin yaratdığı iqtisadi nəticələr səbəbindən dünya iqtisadiyyatı uzun müddət yüksək uçot dərəcələri dövrü ilə üzləşəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi banklarının orta uçot faiz dərəcəsi ən azı 2028-ci ilə qədər yüksək səviyyədə qalacaq.

Analitiklərin hesablamalarına görə, 2026-cı ilin sonuna orta uçot faiz dərəcəsi 5,1 faiz təşkil edəcək. Bu göstərici yanvar ayında – İranda müharibə başlamazdan əvvəl verilən 4,41 faizlik proqnozdan xeyli yüksəkdir.

Qeyd olunub ki, 2027-ci ilin sonuna bu göstərici 4,5 faizə enəcək. Bu isə yanvar proqnozu ilə müqayisədə 0,75 faiz bəndi yüksək olacaq.

2028-ci ildə də yeni proqnoz əvvəlki qiymətləndirməni təxminən 0,5 faiz bəndi üstələyəcək.

Hesabatda bildirilir ki, inflyasiya risklərinin artmasına İranla bağlı müharibə zamanı Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının dayanmasının yaratdığı böhranının nəticələri, eləcə də texnologiyalarının sürətlə tətbiqi təsir göstərir.

Bu proqnoz isə ümumi daxili məhsulun (ÜDM) təxminən 90 faizini formalaşdıran 23 ölkəni əhatə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax