Operativ Məlumat Mərkəzi

MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

1 dəq
Paylaş:
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə...

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA məlumat verib.

Qeyd edilib ki, 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Ümumilikdə isə müsabiqə üzrə 3958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.

Bu xəbəri paylaş

Oxşar xəbərlər