Əsas məzmuna keç

Mingəçevirdə kişi döyülərək öldürülüb

Mingəçevirdə kişi döyülərək öldürülüb

Mingəçevirdə kişi öldürülüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 12-də...

Mingəçevirdə kişi öldürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanaraq istintaq aparılır.

Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…