Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA
24.09.2024 12:12
Aa
dəq

23 sentyabr tarixində VII çağırış Milli Məclisinin fəaliyyətə başladığı ilk iclasında Prezident İlham Əliyev millət vəkilləri qarşısında çox mükəmməl nitq ilə çıxış etdi. Bu çıxışı əslində Milli Məclisin və millət vəkillərinin qarşıdakı dövr üçün yol xəritəsi adlandırmaq olar. Dövlət başçısı çıxışda olduqca mühüm mesajlar səsləndirib ki, bu mesajların hər biri  ölkəmizin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir. Yeni formalaşmış parlamentin işinə uğurlar arzulayan cənab Prezident Milli Məclisin və deputatların öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulanıb ki, bu ilki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, bütün ərazilərimizdə keçirilib. Bunun tarixi hadisə olduğunu bildirən ölkəmizin başçısı II Qarabağ müharibəsini və suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə kimi səciyyələndirib.

Mövzü ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Məlahət İbrahimqızı deyir ki, Prezident İlham Əliyevin yeni formalaşmış parlamentdə çıxışı ölkəmizin gələcəyi, qarşıdan duran vəzifələr, hədəflərə yönəlik mühüm yol xəritəsi hesab etmək olaq.

Məlahət İbrahimqızı AzTV-ni TƏNQİD ETDİ

“Azərbaycan xalqının güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoyduğu və bu reallığın artıq dünya birliyi tərəfindən qəbul edildiyi parlamentarilərin diqqətinə çatdırıldı. Bu baxımdan 2024-cü il Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edən hadisələrlə zəngin bir təqvim oldu. Çünki bu il prezident və parlament seçkiləri bütün ölkə ərazilərində keçirildi. Dövlətimizin başçısının da bildirdiyi kimi II Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Artıq 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilib və qiymətləndirilib. Eyni zamanda ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilib. Vətən müharibəsində tarixi qələbə və suverenliyimizin tam bərpa olunması və ondan sonra formalaşmış yeni bir reallıq var. Yeni situasiya məhz İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə kimi bu gün daha çox önə çıxır. Təbii ki, bunu şərtləndirən amillər Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbənin əsasını təşkil edib”.

Deputat qeyd etdi ki, milli təhlükəsizliyin təmin edilməsi əsas məsələdir. Dövlətimizin hərbi gücünün artırılması bu mənada xüsusi önəm kəsb edir. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin hərbi gücü olmasa, heç bir müstəvidə uğuru təmin emtək mümkün olmaz.

Prezident Milli Məclisin ilk iclasında çıxış etdi - YENİLƏNİB (FOTO) -  Unikal.az

“Müstəqil Azərbaycan tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Əgər hərbi imkan və gücümüz olmasaydı torpaqlarımızı işğaldan azad edə bilməzdik. Müzəffər Ali Baş komandanın bu sahəyə diqqət çəkməsi sözsüz ki, qarşıya yeni vəzifələr qoymaqla yanaşı hər kəs üçün də verilmiş bir mesaj kimi səciyyələnir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü artırması, yeni silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni xüsusi təyinatlı qüvvələrin, komanda qüvvələrinin, digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması mühüm amil hesab olunur. Həmçinin ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi vacib önəm kəsb edir. Ermənistanın Fransa və digər Qərb ölkələrinin hərbi yardımı fonunda silahlandırılması kimi faktlar mövcuddur”.

M.İbrahimqızı vurğuladı ki, prezidentimiz çıxışında həmçinin  ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımların diqqətə mərkəzində olduğunu söyləyib.

“Azərbaycana qarşı ideoloji təxribatlar davam etdiyi qeyd olunub. Sözsüz ki, bu kimi təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhu sayəsində lazımı cavab verildiyi də məlumdur. Bu xüsuda gənc nəslin milli ruhda böyüməsi olduqca önəmli faktordur. Çünki bu günki gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Müharibədən sonra bu ərazilərin bərpası üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Hazırda bu istiqamətdə işlər yüksək sürətlə davam edir. Məhz bunun nəticəsidir ki, 8 mindən çox keçmiş köçkün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşib. İşğaldan azad edilmiş ərazilərdə məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Mədəni, tarixi irsimizin qorunması üçün əməli praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8-ci məscidin inşası hazırda davam edir. Azərbaycana bu məsələdə bir neçə dost-qardaş ölkə töhfə versə də ölkəmiz bütün işləri öz hesabına edir”.

Millət vəkili onu da qeyd etdi ki, bütün bunlarla yanaşı ölkəmizin iqtisadi inkişaf strategiyası hər zaman diqqət mərkəzindədir. Ölkəmizin başçısı da çıxışında qeyd etdi ki, 8 ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda artım 7 faiz olub. Eyni zamanda son beş ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlətimizin başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib.

“Bütün bunlar ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib. Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirlərin davam etdiyi də deputatların nəzərinə çatdırıldı. Sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq hazırda Ermənistanı süni şəkildə məsələni uzatmağa çalışır. Görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir. Bu xüsusda Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkəni sülh prosesini pozmağa həvəsləndirir. Qərbdən gələnlərin binokl diplomatiyası həyata keçirməsi bunun bariz nümunəsidir. Ona görə də, bu müstəvidə Ermənistanla yanaşı Qərbin ikiüzlülüyü, riyakarlığı daha qabarıq görünür. Azərbaycanın sülhlə bağalı tələbləri konkretdir. Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır.

İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin  ilk iclasında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet  səhifəsi

Ölkə başçısının nitqində diqqətçəkən mühüm məqamlardan biri də Azərbaycanın xarici siyasət prioritetləridir. Hətta işğal dövründə Azərbaycanın təbii olaraq xarici siyasəti əsasən münaqişənin ədalətli həllinə yönəldiyi qeyd edilib. Tarixi Zəfərdən sonra isə ölkəmizin xarici siyasətində fərqli istiqamətlər mövcuddur. Bu müstəqil, prinsipial, xarici siyasətin əsas istiqamətləri hesab edilir. Sözsüz ki, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Bu mənada ölkəmiz diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək və buna qarşı özünün bütün imkanları ilə layiqli formada mübarizə aparacaq. Azərbaycan ləyaqətli, qürurlu dövlət kimi tarixi Zəfərdən sonra beynəlxalq nüfuzu daha da güclənib. Ölkəmiz bir çox məsələlərə görə artıq beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış ən etibarlı tərəfdaşdır. Bunun bariz nümunəsi COP29-un Azərbaycanda keçirilməsidir. Məhz 200-ə yaxın ölkə tərəfindən qəbul edilmiş bu tarixi qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hörmətinin göstəricisidir. Bu gün ölkəmizin bütün qitələrdə dostlarının sayı artır. Azərbaycanın vaxtilə mövcud olmadığı bölgələrlə ciddi təmaslar qurulur. Həmçinin ölkəmiz ənənəvi tərəfdaşlarla, dostlarla münasibətlərini uğurla davam etdirir. Bütün bu uğurlara isə Azərbaycan Ulu Öndər Heydər Əliyevin strategiyası və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində nail olub”, - deyə o sonlandırdı.

Mehman Mirzəzadə

Həftənin ən çox oxunanları

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi
DAVAMIN OXU davamın oxu

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu