Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədi Baş nazir Əli Əsədov təqdim edib.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Hazırda isə Milli Məclisin komitə sədrləri hesabat ətrafında çıxış edirlər.
***
Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
İclasda hökumət üzvləri də iştirak edir.
***
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
Toplantıda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Hesabatı Baş nazir Əsədov təqdim edəcək.