Milli Məclisin plenar iclası başlayıb, büdcə zərfi üçüncü oxunuşda müzakirə olunacaq

Milli Məclisin plenar iclası başlayıb, büdcə zərfi üçüncü oxunuşda müzakirə olunacaq
16.12.2024 11:08
Aa
dəq

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, parlamentin bugünkü plenar iclasına sədr Sahibə Qafarova rəhbərlik edir.

İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edir.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi ilə bərabər ümumilikdə 14 məsələ daxil edilib.

Həftənin ən çox oxunanları