Milli Məclis İspaniya Senatının qərəzli bəyanatını pisləyib

Milli Məclis İspaniya Senatının qərəzli bəyanatını pisləyib
18.10.2023 19:52
Aa
dəq

"İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf doğurur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı qətiyyətlə rədd edir və şiddətlə qınayırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaydığı bəyanatda deyilir.

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməmiş İspaniya Senatının indi həqiqətdən uzaq iddialarla “ittihamçı” rolunda çıxış etməsi öz absurdluğu baxımından ciddi suallar doğurur.

İspaniya Senatının qəbul etdiyi bəyanatın mətni onun bölgədə mövcud olan reallıqlardan nə dərəcədə uzaq olduğunu, erməni lobbisinin dezinformasiyası üzərində qurulduğunu bariz şəkildə nümayiş etdirir.

İspaniya Senatına bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Bu gün Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir. Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları da bunu təsdiq edir.

Digər bir düşündürücü hal isə bundan ibarətdir ki, nə qədər paradoksal olsa da, separatizmdən əziyyət çəkən İspaniya dövlətinin Senatı belə bir bəyanatı qəbul etməklə, ərazi bütövlüyü və suverenlik kimi prinsiplərə hörmətsizlik nümayiş etdirir, aqressiv separatizmə tam şəkildə dəstək göstərməklə, regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərə mane olur.

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, İspaniya Senatının bu bəyanatına qəti etirazımızı bildiririk", - bəyanatda vurğulanır.

Həftənin ən çox oxunanları

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
DAVAMIN OXU davamın oxu