Əsas məzmuna keç

Milli Məclis gömrük rüsumu güzəştlərini genişləndirdi

Milli Məclis gömrük rüsumu güzəştlərini genişləndirdi

Parlamentdə təsdiqlənən yeni qanun layihəsi idxal olunan malların gömrük vergilərində ciddi endirimləri nəzərdə tutur. Hansı məhsullar ucuzlaşacaq?

en ru

rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini son oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Gömrük tarifi haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…