Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 2-də keçiriləcək

3 dəq
Paylaş:
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 2-də keçiriləcək

Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclas fevralın 2-nə təyin edilib. İclasda ümumilikdə 16 məsələ müzakirəyə çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, gündəliyə konstitusiya qanunları, sazişlər, eləcə də bir sıra mühüm qanun layihələri daxil edilib.

Plenar iclasda müzakirə olunacaq məsələlər aşağıdakılardır:

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu – ikinci səsvermə

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa – ikinci səsvermə

Milli Məclisin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işlər planı

Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması

Milli Məclisin İntizam komissiyasının formalaşdırılması

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi

Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında sahəsində və qarşılıqlı yardım haqqında sazişin təsdiqi

Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyenasına dair 187 nömrəli Konvensiyasının ratifikasiyası

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişikliklər

Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi

Vergi Məcəlləsi, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər – birinci oxunuş

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişikliklər – birinci oxunuş

Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişikliklər – birinci oxunuş

“Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklər – birinci oxunuş

“Patent haqqında” qanuna dəyişikliklər – ikinci oxunuş

Mülki dövriyyədən çıxarılmış əşyaların siyahısı ilə bağlı qanuna dəyişikliklər – ikinci oxunuş

Plenar iclasda müzakirəyə çıxarılacaq məsələlərin bir hissəsi ölkənin hüquqi bazasının təkmilləşdirilməsi, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax