Milli Məclisin növbəti iclasının dəqiq tarixi və müzakirə olunacaq məsələlər məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, parlamentin fevralın 20-də baş tutacaq iclasının gündəliyinə mühüm qanun layihələri daxil edilib.
- “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
- “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
- “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, eləcə də “Gənclər siyasəti haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Media haqqında” və digər əlaqəli qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
- “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
- “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
- “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
- “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).