Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şuşada abidələrin köçürülməsi qadağası ilk oxunuşda qəbul edildi

2 dəq
Paylaş:
Şuşada abidələrin köçürülməsi qadağası ilk oxunuşda qəbul edildi

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsinin olunmasını birinci oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Azərbaycanın paytaxtı – şəhəri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanunvericiliyə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.

Vurğulanıb ki, dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax