Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Milan" Niklas Füllkruqu transfer etməkdən imtina etdi

2 dəq
Paylaş:
"Milan" Niklas Füllkruqu transfer etməkdən imtina etdi

İtaliya mətbuatının yaydığı məlumata görə, "Milan" mərkəz hücumçusu Füllkruqun satınalma hüququndan istifadə etməmək qərarına gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu isə o deməkdir ki, almaniyalı futbolçu 2025/26 mövsümünün sonunda "" klubuna qayıdacaq.

Füllkruq yanvar pəncərəsinin əvvəlində təxminən 5 milyon avroya satınalma opsionu ilə əsasında "Milan"a keçmişdi. Həmin vaxt komandanın hücum xəttində problemlər var idi.

Santyaqo Ximenes zədəli olduğu üçün baş məşqçi Massimiliano Alleqri hücumda tez-tez Rafael Leao, Kristian Pulişiç və ya Kristofer Nkunku kombinasiyasından istifadə edirdi.

Almaniyalı hücumçunun İtaliya klubundakı statistikası aşağıdakı kimidir:

  • Ümumi oyun sayı: 16 matç
  • Əsas heyətdə çıxış: 3 dəfə
  • Vurduğu qol: 1 qol (18 yanvarda "Lecce"yə qarşı)

Tanınmış idman jurnalisti Fabrisio Romanonun sözlərinə görə, Füllkruq 2025/26 mövsümünün sonunda "West Ham"a geri göndəriləcək və İngiltərə Premyer Liqası təmsilçisi öz növbəsində oyunçunu birdəfəlik satmağa çalışacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax