"Milan" Paolo Maldininin texniki direktor vəzifəsindən getdiyini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Paolo Maldini klubdakı fəaliyyətini 5 iyun 2023-cü ildə başa vurdu. Biz ona vəzifədə olduğu illər üçün və Çempionlar Liqasına qayıtmaqda və 2021/22 mövsümündə Skudetto qazanmaqda verdiyi töhfəyə görə təşəkkür edirik".