Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı rəsmi bəyanat yaydı

1 dəq
Paylaş:
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı rəsmi bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı rəsmi paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlik bu barədə "X" hesabında yayıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.

Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.

Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, xalqına başsağlığımızı bir daha ifadə edirik", - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax