Moldova Azərbaycana dron hücumunu pisləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi “X” hesabında qeyd edib.
“Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasıda mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır”,- nazir bildirib.