Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

XİN Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarına müraciət etdi

2 dəq
Paylaş:
XİN Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarına müraciət etdi

Hazırda bölgədə olan vətəndaşlarımızdan vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur. Eyni zamanda, kütləvi toplaşma yerlərindən uzaq durmaq və şəxsi tədbirlərini gücləndirmək tövsiyə edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan vətəndaşlarının ölkədən çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan quru sərhədindən istifadə olunur.

İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur", - A.Hacızadə əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax