Operativ Məlumat Mərkəzi

Metroda halı pisləşən sərnişin vəfat edib

2 dəq
Paylaş:
Metroda halı pisləşən sərnişin vəfat edib
Bakı metropoliteninin əməkdaşı metroda vəfat edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi...

Bakı metropoliteninin əməkdaşı metroda vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

“Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib”, - B. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib:

“Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər