Operativ Məlumat Mərkəzi

Metroda gedişhaqqı artırılır? - Açıqlama

1 dəq
Paylaş:
Metroda gedişhaqqı artırılır? - Açıqlama
“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib. QSC-dən "Operativ...

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi. Gedişhaqqı tariflərinin tənzimlənməsi isə Tarif Şurasının səlahiyyətindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər