Əsas məzmuna keç

Mətbuat Şurasının IX qurultayı keçirilir

Mətbuat Şurasının IX qurultayı keçirilir

Bakıda təşkil olunan tədbirdə qurumun idarə heyətinin yeni tərkibi və növbəti illər üçün fəaliyyət proqramı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir.

en ru

Bakıda, Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, toplantıda ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.

Qurultayda Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məciddir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…