"İnter Mayami"nin hücumçusu Lionel Messi "Nyu-York Siti"yə qarşı oynamayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Daha əvvəl 36 yaşlı argentinalı "Disi Yunayted" (3:1) və "Nyu-York Red Bull" (0:4) ilə qarşılaşmaları buraxmışdı.
Cari mövsümdə Messi bütün turnirlərdə 5 oyun keçirib, 5 qol vurub və 2 qol ötürməsi edib.