Meşədə narkotik becərməkdə şübhəli bilinən şəxs saxlanılıb

Meşədə narkotik becərməkdə şübhəli bilinən şəxs saxlanılıb
29.05.2023 18:20
Aa
dəq

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi çətənə bitkiləri aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsinə narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

"Semka" ləqəbli "TikTok"er saxlanıldı - FOTO

DAVAMIN OXU davamın oxu

2 ton narkotik məhv edilib - VİDEO

2 ton narkotik məhv edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib
DAVAMIN OXU davamın oxu

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
DAVAMIN OXU davamın oxu