Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN rayonlarda tikinti işlərinə başlayır

3 dəq
Paylaş:
FHN rayonlarda tikinti işlərinə başlayır

Fövqəladə Hallar Nazirliyi Xaçmaz, Qusar, , , Quba və Xızı rayonlarında leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı təmir, bərpa və aparacaq.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu məsələ İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Bildirilib ki, Xaçmaz rayonu, Xaçmaz şəhərində Koroğlu küçəsi 18 və Y.Şabanov küçəsi 9 ünvanlarında fərdi evlərinin yenidən tikilməsi, Xaçmazın Ləcət, Cığatay, Tel, Uzunoba kəndləri, İstisu qəsəbəsi, Xudat şəhəri, Yalama kəndi Xanoba kəndi və Xuray kəndində yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Həmçinin Qusar rayonunun Aşağı Ləgər kəndi, Əniq kəndi və Quxuroba kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Şabran rayonu, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi fərdi yaşayış evinin tikintisi, Xırdaoymaq kəndində, Borbor kəndində, Surra kəndində, Söhbətli kəndində, Çölquşçu kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Siyəzən rayonu, Siyəzən şəhəri, Seyfəddin Dağlı küçəsi 64, Xətai küçəsi 86 və Füzuli küçəsi 15 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi, Balaca Həmyə kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Eləcə də Quba rayonu, Quba şəhəri, H.Hüseynov küçəsi 19 ünvanında fərdi yaşayış evinin yenidən tikilməsi, Tülər kəndində, Kələbağ kəndində, Vladimirovka kəndində, Kunxırt kəndində, Raziyələr kəndində, Susay kəndində, Qaraçay qəsəbəsində, Qalayxudat kəndində, Xaspolad kəndində, İspik kəndində və Gənclər qəsəbəsində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.

Həmçinin Xızı rayonu, Sitalçay kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi də nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax