Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Keşlədə sökülən evlərə görə yardım veriləcək

2 dəq
Paylaş:
Keşlədə sökülən evlərə görə yardım veriləcək

şəhəri Xətai rayonu qəsəbəsində sökülmüş fərdi evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu məsələ İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Sərəncama əsasən, Bakı şəhəri, rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayəhaqları ödəniləcək (bank xərcləri daxil olmaqla).

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 "b" ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə də birdəfəlik maddi yardım ödəniləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax