Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mers: Ukraynanın Aİ-yə sürətli üzvlüyü qeyri-mümkündür

2 dəq
Paylaş:
Mers: Ukraynanın Aİ-yə sürətli üzvlüyü qeyri-mümkündür

kansleri Mers Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli inteqrasiyası ilə bağlı bəyanat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, ölkənin 2027-ci ilin yanvarın 1-nə qədər birliyə üzv olmasının qeyri-mümkün olduğunu vurğulayıb.

Kansler qeyd edib ki, üçün hər bir namizəd ölkə ilk növbədə "Kopenhagen meyarları"nı yerinə yetirməlidir. Bu proses isə adətən bir neçə il vaxt aparır.

Mersin sözlərinə görə, üçün üzvlük perspektivinin olması vacibdir, lakin bu, uzunmüddətli bir prosesdir.

"Bu yolda biz Ukraynanı tədricən Avropa İttifaqına yaxınlaşdıra bilərik, lakin belə sürətli birləşmə sadəcə mümkün deyil" - deyə o əlavə edib.

Mers həmçinin Ukraynadakı mövcud vəziyyət və sülh danışıqlarına da toxunub:

“Almaniya tərəfi ABŞ və Ukrayna nümayəndə heyətləri ilə sıx təmasdadır. Ukrayna və arasında birbaşa danışıqların aparılması müsbət qiymətləndirilir. Münaqişənin tezliklə sülh yolu ilə həllinə böyük ümidlər bəslənilir”.

Digər tərəfdən, vitse-kansler və maliyyə naziri Lars Klinqbely Almaniya və Avropanın Rusiya prezidenti ilə hazırda birbaşa danışıqlar aparmasını məqsədəuyğun hesab etmədiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl "Financial Times" qəzeti Ukraynanın sülh planında 2027-ci ilin əvvəlinə qədər "Avropa İttifaqı"na üzv olmaq hədəfinin yer aldığını iddia etmişdi. Lakin Berlin bu cür qısa müddətli hədəflərin real olmadığını diqqətə çatdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax