Əsas məzmuna keç

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - 31.12.2023

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - 31.12.2023

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 26 dekabr tarixli iclasının protokolu təsdiq edilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin və kommunikasiya şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sonra 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Cəfərov Kamal Xaqani oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.

Sonra namizədliyi özü tərəfindən irəli sürülmüş Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi də təsdiq olunub.

İclasda, habelə seçkilərdə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Mətləb Əzizulla oğlu Mütəllimlinin səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Beynəlxalq müşahidə missiyası və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olub, cari məsələlərə baxılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…