Əsas məzmuna keç

Mərhum aktyorun oğlu: “Nə efirdə, nə də səhnədə olacam”

Mərhum aktyorun oğlu: “Nə efirdə, nə də səhnədə olacam”

xalq artisti Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəbəkədə atasıyla bağlı paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Cavidan Novruz bu sözləri yazıb:

“Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa bir dəqiqəlik gəlməsidir. Məni ancaq yerimdə olan və bu acını yaşayan insanlar tam anlayacaq. hər birinizdən olsun, atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu, mənə və ailəmə ən gözəl təskinlik idi.

Bütün Ramiz Novruz yaradıcılığını sevənlər, Allah sizlərdən min dəfə razı olsun. İnanılmaz dərəcədə pisəm. Elə bir arxa dayaq, elə bir insanı gözlənilmədən itirdim ki, bu, məndə uzun illər tramva qalacaq.

Çox güman ki, nə efirdə, nə də səhnədə olacam. Çünki psixoloji və mənəvi olaraq hər şeydən soyumuşam. Açıq və səmimi deyirəm. Atamın üç və yeddi mərasimi həftənin dördüncü günü keçiriləcək”.

Qeyd edək ki, Ramiz Novruz ötən gün mədə xərçəngindən dünyasını dəyişib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…