Məktəblini öldürən "Ömər" ləqəbli gəncin hökmü oxunub

Məktəblini öldürən "Ömər" ləqəbli gəncin hökmü oxunub
08.03.2023 12:53
Aa
dəq

Bu ilin 26 iyul tarixində Xətai rayonu, Ağ Şəhər ərazisində yerləşən “Nizami” parkının ərazisində 2007-ci il təvəllüdlü Sərxan Məmmədovu döyərək öldürən 2006-cı il təvəllüdlü Nicat Adilova (şərti) hökm oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanışını döyərək öldürən 16 yaşlı Nicata 9 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, bu ilin may ayında Nicatın atası vəfat edib. O, dostları və tanışları arasında özünə “Ömər” ləqəbi götürüb və hamıdan onu bu adla çağırmasını tələb edib.

Hadisə baş verən gün isə Nicat Ağ Şəhərdəki parkda təxminən 2 ay əvvəl tanış olduğu və orta məktəbin 9-cu sinfində oxuyan Sərxanla görüşüb. Həmin vaxt orada onların digər 4 dostu da olub. Nicat Sərxana səbəbsiz yerə şillə vurub. Sərxan isə buna etiraz etdikdə Nicat onun boynunu özünə sıxaraq yumruqla başına bir neçə dəfə ağır zərbələr vurub. Nəticədə 15 yaşlı oğlan huşsuz vəziyyətə düşüb. Parkdakı yeniyetmələr onu tez bulağın yanına apararaq üzünə su vurublar, lakin qısa vaxt sonra Sərxan vəfat edib.

Məhkəmə prosesi dekabrın 5-də başa çatıb.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu