Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Report"a məktəbdən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda qeydn edilib.