Mehriban Əliyeva qızı və gəlini ilə məsciddə - FOTO

Mehriban Əliyeva qızı və gəlini ilə məsciddə - FOTO
23.09.2024 20:30
Aa
dəq

Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.

Bildirilib ki, qəsəbə sakinlərinin müraciətinə dərhal reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb.

Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib.

Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbənin özünəməxsus memarlığı qorunub saxlanılıb.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva qızı və gəlini ilə BİRGƏ - FOTOLAR

Mehriban Əliyeva qızı və gəlini ilə BİRGƏ - FOTOLAR
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Türkiyə-Azərbaycan Universiteti müstəqil tələbə seçimi edə biləcək, ödənişli təhsil də olacaq - SƏRƏNCAM

Türkiyə-Azərbaycan Universiteti müstəqil tələbə seçimi edə biləcək, ödənişli təhsil də olacaq - SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Azərbaycanda bu yüksək vəzifəli şəxslər VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

Azərbaycanda bu yüksək vəzifəli şəxslər VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir
DAVAMIN OXU davamın oxu