Birinci xanımın uşaqlara qayğısı - FOTO

Birinci xanımın uşaqlara qayğısı - FOTO
26.08.2024 23:28
Aa
dəq

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.

Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.

İnteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını AZƏRTAC-la bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyiblər.

2 saylı uşaq evinin 9 yaşlı sakini Rəvanə Cümşüdova şənliyin çox maraqlı keçdiyini bildirərək deyib: “Bura çox maraqlıdır, çoxlu yeni dost qazandım. Hər kəsə təşəkkür edirəm”.

1 saylı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurğulayaraq bildirib: “Şənliyə bacımla birlikdə qatılmışıq. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik”.

2 saylı uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayxan İbrahimov da təəssüratlarını bölüşərək qeyd edib: “Bu gün mənim üçün çox xoş oldu, uşaqlarla çox əyləndik. Təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Mən 6-cı sinifdə oxuyuram. Böyüyəndə karate üzrə çempion, həmçinin idman müəllimi olmaq istəyirəm”.

Əkiz qardaşlar - 8 yaşlı Behbud və Davud İsmayılzadələr yaxşı əyləndiklərini vurğulayıblar. Riyaziyyat və təsviri incəsənəti sevərək öyrəndiklərini deyən əkizlər burada maraqlı rəsmlər çəkdiklərini bildiriblər.

İsti yay günündə uşaqlar hovuzda doyunca əylənib, animatorların iştirakı ilə rəqs edib, rəsm, oyun, “Face Art” və səmərəli istirahətləri üçün ayrılmış digər zonalarda müxtəlif əyləncələrə qoşulub, bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar birgə nahar süfrəsi arxasında növbəti sevincli anlar yaşayıblar.

Birinci xanım Mehriban Əliyeva bu gün doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.

Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

Tədbirlərin yekununda unudulmaz istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Həftənin ən çox oxunanları

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
DAVAMIN OXU davamın oxu

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
DAVAMIN OXU davamın oxu