Məhərrəm ayında toy etmək olar? – Ekspertdən AÇIQLAMA

Məhərrəm ayında toy etmək olar? – Ekspertdən AÇIQLAMA
15.07.2024 11:40
Aa
dəq

Məhərrəm İslam təqviminin birinci ayıdır. Əsasən şiə müsəlmanları tərəfindən keçirilir. Tarixi isə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlinin I Yezidin əmri ilə Übeydulla ibn Ziyadın qüvvələri tərəfindən şəhid edildiyi Kərbəla döyüşünə gedib çıxır. İmam Hüseyn Məhərrəm ayının onuncu günündə öldürülüb. İnsanlar Məhərrəm və Səfər aylarını matəm ayları kimi qəbul edib, bu iki ayda toy və buna bənzər şənliklər etmirlər. Hətta bəzi şəxslər düşünür ki, bu ayda toy edən şəxslər xoşbəxt olmurlar.

Bu fikirlərin və yayılan bu adətin səbəbini öyrənmək üçün dinşünas Rafiq Əliyev ilə əlaqə saxladıq.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan dinşünas Rafiq Əliyev deyir ki, İslamın əsas mənbəyi Quran və hədislərdir. Məhərrəm ayı ilə bağlı nə Quranda, nə də hədislərdə məlumat var. Hətta Məhəmməd peyğəmbərin dövründə də bu ay olmayıb. Çünki məhərrəmlik İmam Əlinin dövründən sonra baş verib. 

“İndi Məhərrəm ayına başqa cür yanaşma tərzi var. Belə xurafatların yaranması İranın on altıncı əsrdən sonra şiəlik ideologiyasını yayması ilə oldu. Çünki hansı məzhəb dindən ayrılırsa, o, hansısa əlaməti ilə yadda qalmağa yönələn addımlar atır. Məhərrəm ayında toyun olub, olmaması məsələsi isə qəti şəkildə düzgün qoyulmayıb. Çünki bütün hallarda Allah insanı yaşamaq, yaratmaq, insan sayını çoxaltmaq üçün yaradıb”. 

Ekspertin fikrincə, insan evli olmalı və ailə həyatı qurmalıdır. İslam alimləri arasında belə bir deyim var ki, 25 yaşına kimi evlənməyən kişi günah etmiş olur və evlənən kişi günahlarının yarısını təmizləmiş olur. Ona görə də Məhərrəm ayında toy etməmək Allaha xoş getməyən məsələlərdən biridir. Bu ayda toyun olmamasına mane olan heç bir səbəb yoxdur. Kim istəyirsə, toy edə bilər. Toy edən şəxslər də heç bir günah işlətmir. 

“Sadəcə bu ayda toy etməmək adət halını alıb deyə heç kim risk edib addım atmır. Ramazan ayında da toy etdilər. Heç kim çıxıb narazı olmadı və nümayiş etdirmədi ki, niyə toy edirsiniz? Bütün islam aləmində toy, şənlik var. Amma Məhhərrəm ayında şiələrin yayıldığı ölkələrdə - İranda, Azərbaycanda, İraqda, Türkiyənin bir hissəsində, Suriyada toy etmirlər. Bunların hamısı ümumi şəkildə şiəliyin mənbəyindən gəlir. Sadəcə əhali bunu qəbul edir və toy etməkdən imtina edir. Bu da yəqin ki, vaxtı gəldikdə ortadan qaldırılacaq. Çünki bunun dinlə, islamla, Quran və hədislər ilə heç bir əlaqəsi yoxdur”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu