Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
20.04.2024 13:56
Aa
dəq

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, media nümayəndələrinə reallıqdan uzaq, əsassız məlumatlar yaymamaq tövsiyə olunub: “Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.

Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib.

Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.  

Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırırıq”.

Həftənin ən çox oxunanları

KTN-də yeni təyinat - FOTO

KTN-də yeni təyinat - FOTO
DAVAMIN OXU davamın oxu

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıb

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıb
DAVAMIN OXU davamın oxu

MŞ Vasif Səmədovun vəfat ilə bağlı başsağlığı verib

MŞ Vasif Səmədovun vəfat ilə bağlı başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
DAVAMIN OXU davamın oxu

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
DAVAMIN OXU davamın oxu