Operativ Məlumat Mərkəzi

Medianın İnkişafı Agentliyi ilə “Qarabağ” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

1 dəq
Paylaş:
Medianın İnkişafı Agentliyi ilə “Qarabağ” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi “Qarabağ” klubunun qonağı olub. Ağdam təmsilçisinin mətbuat xidmətindən "Operativ...

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi “Qarabağ” klubunun qonağı olub.

Ağdam təmsilçisinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, “Qarabağ”ın baş direktoru Emrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin iştirakı ilə keçirilən görüşdə müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

“Qarabağ”ın kommunikasiya üzrə fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunub, bu sahədə Medianın İnkişafı Agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Görüşün sonunda Əhməd İsmayılova “Qarabağ”ın forması təqdim olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər