Operativ Məlumat Mərkəzi

MEDİA ilə Sinxua agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

1 dəq
Paylaş:
MEDİA ilə Sinxua agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
{"az":"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında...","en":"","ru":""}

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər