Real Madrid klubunun fransız futbolçusu Kilian Mbappe komanda yoldaşı Vinisius Juniorun satılmasını tələb edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist François Gallardo sosial mediada məlumat yayıb.
Qallardo qeyd edib ki, Mbappenin anası Fayza Lamari artıq “Real Madrid”in prezidenti Florentino Perezə oxşar xahişlə müraciət edib. Bildirilib ki, əgər Vinisius komandada qalarsa, Mbappe klubdan ayrılacaq.
Məlumata görə, bu iddialar hələlik nə klub, nə də oyunçuların nümayəndələri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd olunub ki, 2026-cı ilin aprel ayının sonunda futbolçuya sol yarım vətər zədəsi diaqnozu qoyulub. Bildirilib ki, bu zədə onun mövsümün qalan hissəsini buraxmasına səbəb ola bilər.