Əsas məzmuna keç

Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Masallı rayon Təzə Alvadı kənd sakini Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Şöbəsinə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aralarında yaranmış mübahisə nəticəsində qətlin onun həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…