Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Marjori Teylor Qrin: Tramp 3 əsas vədini yerinə yetirmir

2 dəq
Paylaş:
Marjori Teylor Qrin: Tramp 3 əsas vədini yerinə yetirmir

ABŞ Konqresinin keçmiş üzvü Qrin Donald Trampın komandasını tənqid edərək, onların dövlət başçısını çətin vəziyyətdə qoyduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Məlumata görə, Qrin Trampın son müsahibələrindən birində kampaniyası dövründə verdiyi bəzi vədlərdən uzaqlaşdığını iddia edib.

Siyasətçi qeyd edib ki, seçki kampaniyası zamanı ABŞ-nin xarici münaqişələrə cəlb olunmamasını və dünyada sülhün təşviqini dəfələrlə vurğulayırdı.

Qrinin sözlərinə görə, həmin müsahibədən sonra sosial şəbəkələrdə Trampın əvvəlki çıxışlarının videoları yenidən paylaşılmağa başlayıb və bu görüntülər onun hazırkı açıqlamaları ilə ziddiyyət təşkil edib.

O bildirib ki, seçki kampaniyaları zamanı Trampın "xaricdə müharibələr olmayacaq", "müharibələri dayandıracağam" və "dünyaya sülh gətirəcəyəm" kimi fikirlər səsləndirdiyini şəxsən dəfələrlə eşidib.

Qrin hesab edir ki, Trampın komandası ona amerikalılara verdiyi vədləri xatırlatmalı idi.

Onun fikrincə, bu cür ziddiyyətli açıqlamalar ABŞ Prezidentinin imicinə mənfi təsir göstərir və onu çətin vəziyyətdə qoyur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax