Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mançester Siti" "Nyukasl"ın müdafiəçisini transfer etməyə yaxındır

2 dəq
Paylaş:
"Mançester Siti" "Nyukasl"ın müdafiəçisini transfer etməyə yaxındır

İngiltərənin "" yay pəncərəsində "" komandasının müdafiəçisi Livramentonu transfer etmək istiqamətində ciddi addımlar atır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə "Football Insider" nəşrinin jurnalisti Kiaran Morrison "Everton" klubunun sabiq icraçı direktoru Kit Uaynessin fikirlərinə istinadən məlumat yayıb.

Kit Uayness "Inside Track" podkastında çıxışı zamanı iki klub arasında danışıqların artıq başladığını ehtimal edib:

"Bəli, şübhəsiz. Mənə məlum olduğu qədərilə, bu, dəqiqdir. Agentlərdən biri ilə danışdım və o, bu transferin baş tutacağını bildirdi. Təxminən 70 milyon funt sterlinq civarında böyük bir məbləğ gözlənilir. Düşünürəm ki, o, "Mançester Siti" üçün çox uyğun oyunçudur".

Uayness əlavə edib ki, bu keçid "Nyukasl"ın maliyyə vəziyyətini yaxşılaşdırmağa kömək edəcək.

Baxmayaraq ki, klub rəhbərliyi oyunçunu satmağa hazır olduqlarını rəsmən açıqlamayıb, maliyyə məsələləri və komandanın növbəti mövsüm avrokuboklara vəsiqə qazanma ehtimalının aşağı olması Livramentonun gələcəyini həll edə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax