Əsas məzmuna keç

"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir

"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir. "Operativ Məlumat...

İngiltərənin "" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Junioru etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Defensa Central"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalıya 200 milyon dəyərində 5 illik müqavilə təklif etməyə hazırdır.

Mançester təmsilçisi Madrid klubuna əlavə 230 milyon avro ödəmək niyyətindədir. Hücumçu “Real"a 2018-ci ilin iyulunda Braziliya klubu “Flamenqo”dan keçib. Onun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2023/2024 mövsümündə V.Junior meydana çıxdığı 39 matçda 24 qola 11 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…