"Ayaks"ın futbolçusu Məhəmməd Kudus "Mançester Yunayted" və "Arsenal"ın radarına düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Ayaks" qanalı üçün təxminən 40 milyon funt-sterlinq tələb edəcək.
Qeyd edilib ki, futbolçu yeni müqavilə imzalamaq istəmir və komandanı tərk etməyə niyyətlidir.
Xatırladaq ki, Kudus bu mövsüm Erediviziyada 29 oyuna çıxıb və 11 qol vurub.