Maliyyə Nazirliyi ötən il 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib

Maliyyə Nazirliyi ötən il 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib
07.03.2024 17:29
Aa
dəq

2023-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, həmin dövrdə Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.

Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 90 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 4 milyard 636,3 milyon manat məbləğində vəsaitin təyinatına istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 milyard 663,6 milyon manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Qeyd edilən 90 təşkilatda yoxlamalarla 586,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər, 131,9 milyon manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 36 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 2 milyard 83,5 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Həmin təşkilatların 35-də 1 milyard 635,1 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 4,9 milyon manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Həmin vəsaitlərin 3,7 milyon manat hissəsinin nəzarət tədbirlərinin gedişində bərpası təmin edilib və 1,2 milyon manatının isə bərpa olunması ilə əlaqədar tədbirlər görülür. İş planına əsasən 1 təşkilatda aparılan nəzarət tədbiri ilə 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3,1 milyon manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Həftənin ən çox oxunanları

Dövlət Vergi Xidmətində yeni təyinat olub

Dövlət Vergi Xidmətində yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib
DAVAMIN OXU davamın oxu

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda standartlaşdırma üzrə texniki komitələrin yaradılması qaydaları təsdiq edilib

Azərbaycanda standartlaşdırma üzrə texniki komitələrin yaradılması qaydaları təsdiq edilib
DAVAMIN OXU davamın oxu